image-1674809847_1backend

Prezident İlham Əliyev: “Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik”

image-reklam_sirab_01
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.

image-b1267d7a-8e1d-4103-b02d-9e2b968ea0ea

Paylaşımda deyilir:

“Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki