La Liqanın 35-ci həftəsində “Valensiya” – “Real Madrid” matçında yaşanan irqçilik qalmaqalı dünya gündəmini zəbt edib.
Vətəninfo.az xəbər verir ki, Braziliya prezidenti Lula da Silva “Real Madrid”in braziliyalı ulduzu Vinisius Juniorun əleyhinə irqçi şüarları pisləyib. G7 sammiti üçün Yaponiyada səfərdə olan Lula da Silva Xirosimada mətbuata açıqlama verdiyi əsnada bir qrupun reaksiyası ilə qarşılaşıb. Qrup onu “meymun” adlandırıb. 21-ci əsrdə stadionlarda irqçi hücumlara məruz qalmağın qəbul edilməz olduğunu səsləndirib.
“Kral klubu” İspaniya çempionatının 35-ci turunda səfərdə “Valensiya” ilə qarşılaşıb. Meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılan Madrid təmsilçisinin futbolcusu Vinisus oyun ərzində baş verənləri şərh edib:
“La Liqa rəhbərliyi, federasiya irqçiliyi normal qarşılayır, rəqiblər də buna həvəs göstərir. Bir vaxtlar Ronaldinyo, Ronaldo, Kriştiano və Messinin oynadığı çempionat indi irqçilərə məxsusdur. Aşiq olduğum gözəl bir ölkə dünyaya irqçi bir ölkə imicini ixrac etməyə razılaşdı. İspanlara yazığım gəlir, amma bu gün Braziliyada İspaniya irqçilər ölkəsi kimi tanınır” – deyə, Vinisius tvitterdə yazıb.
Braziliyalı qeyd edib ki, karyerasının sonunadək irqçiliyə qarşı mübarizə aparacaq: “Mən güclüyəm və irqçilərə qarşı sona qədər gedəcəyəm. İspaniyadan uzaqda olsa belə”.