Vətəninfo.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp açıq şəkildə eyham vurub ki, prezident olarsa, Ukraynanı pul və dəstəkdən məhrum edəcək.
Belə ki, ABŞ-ın keçmiş prezidenti münaqişəni 24 saat ərzində bitirmək qərarına gəlib.
“Bu razılaşma asan olardı. Ukraynaya verdiyimiz pul və hərbi yardımla çox şey var. Mən 24 saat ərzində razılığa gələrdim, çünki bu münaqişəyə son qoyulmalıdır”, o, Britaniyanın GBNews telekanalına müsahibəsində bildirib.