image-1backend

Prezidentin ədliyyə naziri təyin etdiyi Fərid Əhmədov KİMDİR…

image-reklam_sirab_01

Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov Azərbaycanın yeni ədliyyə naziri təyin edilib.

Vətəninfo.az-ın məliumatına görə, 45 yaşlı Fərid Əhmədov ixtisasca hüquqşünasdır.

O, Bakı şəhərində anadan olub, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir.

2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib.

Yeni nazir növbəti il “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb. 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Karyerasına Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışaqla başlayıb. 2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru, 2017-2020*ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində, 2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib.

2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdir.

İngilis və rus dillərində bilən yeni nazir ailəlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki