image-60bb3cdcdefd5backend

Prezidentliyə namizədlərin son siyahısı dərc olunub

image-reklam_sirab_01

Türkiyə Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədlərin yekun siyahısı ilə bağlı qərarı “Resmi Gazete”də dərc olunub.Vətəninfo.az xəbər verir ki,  prezidentliyə namizədlərin adlarının əlifba sırası ilə – Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və “Ata İttifaqı”nın namizədi Sinan Oğanın təsbit edilməsi qərara alınıb.

Aprelin 1-də Komissiyada namizədlərin birləşmiş bülletendəki yerlərini müəyyən etmək üçün püşkatma olacaq.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Prezident seçkilərində namizədlər kifayət qədər səs toplamayacağı təqdirdə ikinci tur 28 may 2023-cü il bazar günü keçiriləcək.

Prezidentliyə namizədlərdən biri prezidnt seçilə bilmək üçün etibarlı səslərin mütləq əksəriyyətini (ən azı 50 faiz + 1 səs) almalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki