image-image_750x_64535828ba297backend

“Problem hərbi yolla həll oluna bilməz” – Vedant Patel

image-reklam_sirab_01

“Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması mümkündür”-Vətəninfo.az xəbər verir ki, bu  barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə bildirib.

Dövlət Departamentinin sözçüsü ABŞ hesab edir ki, problem hərbi yolla həll oluna bilməz və diplomatiya vasitəsilə birbaşa dialoq irəliyə doğru etibarlı yoldur.

“Və buna görə də biz bu mühüm danışıqlarda iştirak etmək üçün hər iki ölkənin xarici işlər nazirlərini Xarici Xidmət İnstitutunda qəbul etməkdən çox şadıq.

Dediyim kimi, dövlət katibi və Dövlət Departamentinin digər əməkdaşları bu məsələdə fəal iştirak edirlər və biz bu prosesi diqqətlə izləyəcəyik”, – Patel bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki