Problemli kreditlərin artmasına səbəb odur ki, ölkədə iqtisadi artım yoxdur. Həmçinin insanların gəlirləri düşüb və sahiblarların mənfəəti yoxdur. Buna görə də il ərzində problemli kreditlərim sayı durmadan artır.
Bu sözləri Tribuna.az-a bank üzrə mütəxəssis Əkrəm Həsənov bildirib. O qeyd edib ki, bu problem bankların da bağlanmasına səbəb olur:”Düzdür, problemli kreditlərin həddi 2015, 2016 və 2017-ci illərdəki kimi deyil. O illərdə bu problem səbəbindən ard-arda banklar bağlanırdı, müflis olurdu. Təbii ki, indi vəziyyət o həddə deyil. Ancaq indi də bağlanan banklar var.
Məsələn, “Access Bank” vaxtilə ölkənin ən yaxşı banklarından biri idi. İndi isə məcbur olub fəaliyyətini dayandırır və əriyib yox olur.
Səbəb də olur ki, bank artıq bu şəraitdə işləyə bilmir. Yəni ki, mənfəət yoxdur.
Hazırda yanlız iri banklar həcmlərinə görə, fəaliyyət göstərə bilirlər.
Bir sözlə, vəziyyət belə davam edərsə, bu, bazarda təmərküzləşməni gücləndirə bilər”.


























