image-a749afed-cc32-3816-ba84-4b4830e01181_850backend

PSJ Messiyə yeni müqavilə təklif edib

image-reklam_sirab_01

Fransanın PSJ futbol komandası argentinalı hücumçusu Lionel Messiyə yeni müqavilə təklif edib.

Bu barədə “Le Parisien” məlumat yayıb.

Məlumata görə, Fransa klubu hücumçuya 2024-cü ilə qədər müqavilənin daha bir mövsüm uzadılmasını təklif edib.

Qeyd edilir ki, hazırda müqavilənin maliyyə şərtləri müzakirə olunur.

Messi ikinci mövsümü Fransa klubunda keçirir. O, 2021-ci ildə “Barselona”dan ayrılıb. Futbolçu bu mövsüm komandanın Fransa çempionatında keçirdiyi 11 matçın hamısında meydana çıxaraq, 6 qol vurub, 9 məhsuldar ötürmə edib.

“Transfermarkt”ın məlumatına görə, Messinin bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

Argentinalı futbolçu İspaniyanın “Barselona” futbol komandasının yetirməsidir. O, 2004-cü ildə komandada debüt edib. Kataloniya klubu ilə birlikdə 35 titul əldə edib. Forvard altı dəfə “Qızıl top”u qazanıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki