image-psjbackend

PSJ-nin baş məşqçisi Kristof Qaltye həbs olunub

image-reklam_sirab_01

Fransa Liqa 1-in hazırkı çempionu PSJ-nin baş məşqçisi Kristof Qaltye və oğlu Nitsada həbs edilib.

Vətəninfo.az xəbər verir ki, fransalı futbol məşqçisini irqçilik və ksenofobiyaya görə üç ilə qədər həbs, ya da 45 min avro cərimə gözləyir.
Aprel ayında Fransa mətbuatı yazmışdı ki, ötən mövsüm “Nitsa”nın baş məşqçisi kimi Qaltye komandasında qaradərili və müsəlman futbolçuların çox olmasından ictimaiyyət qarşısında şikayət edib və bunun əleyhinədir.

Lakin Galtier bu xəbərləri təkzib etdi və böhtan xarakterli nəşrlərin arxasında duranları məhkəməyə verdi.

PSJ rəsmi açıqlamasında Galtierə dəstəyini ifadə edərək, məhkəmənin cavab verməli olduğunu qeyd edib.

Klubun 56 yaşlı futbol mütəxəssisini şənbə günü istefaya göndərəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki