image-imagesbackend

“Putin Kadırovdan qorxur”: Məşhur politoloqdan SENSASİON İDDİA

image-reklam_sirab_01

“Rusiya  prezidenti Vladimir Putin Çeçenistanın hazırkı lideri Ramzan Kadırovdan qorxur . Kreml ora  pul və üstünlüklə nəzarət edir, əks halda Çeçenistan çoxdan müstəqilliyini elan etmişdi” –Vətəninfo.az xəbər verir ki, bu iddia ilə məşhur politoloq Oleksiy Danilov “Ukrayna Pravda”ya müsahibəsində bildirib.

“Əslində, Putin Kadırovdan qorxur. Çünki bu, ona çox problem yarada biləcək şəxsdir”, – deyə politoloq bildirib.

Oleksiy Danilov bildirib ki,    Moskvanın öz ordusu var, Kadırovun isə öz ordusu var və əgər Putin Çeçenistan rəhbərinə tam azadlıq verməsəydi, o zaman onlar  çoxdan üsyan qaldırardı.

“Putin gedən kimi Çeçenistan azad ölkəyə çevriləcək. Kadırovla və ya Kadırovsuz, inanın mənə, bu, mütləq və çox, çox tez baş verəcək. Çünki bu, Rusiya Federasiyası ilə heç bir əlaqəsi olmayan ayrıca ölkədir. .” , – Oleksiy Danilov qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki