image-image_750x_6386ec141221abackend

Putin, Lavrov, Şoyqu məhkəmə qarşısına çıxarılacaq -ŞOK QƏRAR

image-reklam_sirab_01

G7-nin ədliyyə nazirləri ilk dəfə Berlində bir araya gələrək Rusiyanın Ukraynadakı hərbi cinayətlərinin necə qeydə alınacağı və araşdırılacağına dair razılığa gəliblər. Vətəninfo.az xəbər verir ki, nazirlər Ukrayna şəhərlərinin və enerji infrastrukturunun bombalanmasını pisləyib, Rusiyanın “qışdan silah kimi istifadə etdiyini” deyiblər.

Ukrayna hakimiyyəti artıq 50 minə yaxın hərbi cinayət hadisəsini sənədləşdirib və onlarla əlaqəli 600-ə yaxın şübhəlini müəyyən edib.

Almaniyanın ədliyyə naziri Marko Buşman görüşün yekunlarına dair mətbuat konfransı zamanı bəyan edib ki, “Rusiyanın bütün rəhbərliyi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən “insanlığa qarşı cinayətlərə görə” məhkəmə qarşısına çıxarılmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki