image-image_750x_63c3f8e39264cbackend

Putin:”Müharibə mən istədiyim şəraitində gedir”

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin ümid etdiyini bildirib ki, ölkənin silahlı qüvvələri əldə etdikləri uğurlardan dəfələrlə sevinəcəklər.

Ukraynada xüsusi əməliyyatın dinamikası müsbətdir, hər şey Müdafiə Nazirliyi və Baş Qərargahın planı çərçivəsində inkişaf edir. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində bildirib. Məlumatı RİA Novosti yayıb.

“Hər şey Müdafiə Nazirliyinin və Baş Qərargahın planı çərçivəsində inkişaf edir. Ümid edirəm ki, döyüşçülərimiz öz döyüş əməyinin nəticələrinə dəfələrlə sevinəcəklər”, – Rusiya Federasiyasının rəhbəri bildirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Soledarın azad edilməsi əməliyyatının yanvarın 12-də axşam başa çatdığını elan etmişdi. Şəhər Donetskə uğurlu hücum üçün vacibdir.

Rusiya Federasiyasının Müdafiə Nazirliyində qeyd edildiyi kimi, həmin yaşayış məntəqəsinə tam nəzarətin əldə edilməsi düşmən qoşunlarının qarşısını almağa və Ukrayna silahlı qüvvələrinin Artyomovska təchizat yollarını bağlamağa imkan verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki