image-image_750x_637473e33a4a0backend

Putin Paşinyanı xilas edə biləcəkmi?

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinin noyabrın 22-də planlaşdırıldığı artıq məlumdur. Vətəninfo.az xəbər verir ki, Putin Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək iclasında iştirak edəcək. Ermənistana KTMT-yə üzv olan digər dövlətlərin rəhbərləri də gələcək. Xatırladaq ki, Rusiya prezidenti sonuncu dəfə Ermənistanda 2019-cu ildə İranın o zamankı prezidenti Həsən Ruhaninin də iştirak etdiyi Aİİ sammiti çərçivəsində olub. “Hraparak” artıq yazıb ki, Ermənistanın anti-Rusiya dairələri, xüsusən də NDB Putinin səfəri zamanı etiraz aksiyaları keçirməyi planlaşdırır. Rəsmi xəbərdən öyrənirik ki, qarşıdan gələn KTMT-nin  İrəvan sammiti zamanı strukturun Ermənistana hansı yardımı göstərəcəyinə aydınlıq gətiriləcək.

Əslində, demək olar ki, hər ehtimala qarşı müəyyən ermənipərəst addımlar atılacaq: birincisi, Putinin səfərini müəyyən mənada dəyərli etmək, ikincisi, istənilən halda KTMT-nin reputasiyasını xilas etmək, üçüncüsü, Ermənistanda kifayət qədər fəallaşan anti-Rusiya əhval-ruhiyyəsini yumşaltmaq lazımdır.. Əgər Putin köhnə fikirində qalsa, o zaman Nikol Paşinyanı xilas edə bilməyəcək. Çünki Paşinyan qərbyönümlü siyasət həyata keçirdir. Əgər onlar Rusiyanın regionda planlarıni pozsalar o zaman Paşinyanın vəziyyəti gərgin olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki