image-777backend

Putin taktikanı dəyişdi – Yeni birliklər döyüşə göndərilir

image-reklam_sirab_01

“Rusiya Prezidenti Vladimir Putin və ordu generalı Sergey Surovikin Ukraynada hərbi əməliyyatların taktikasını dəyişib”.

Vətəninfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Duması Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri indi daha səmərəli fəaliyyət göstərirlər:

“Ordu döyüşməyi öyrəndi, fərqli vəziyyətə keçdi, səhvləri etiraf etməyi, təhlil etməyi, nəticə çıxarmağı bacardı”.

Qurulev qeyd edib ki, Rusiyanın uğurları sayəsində ABŞ Ukraynaya hərbi dəstəyi artırıb. Onun fikrincə, qismən səfərbərlik də dəyişikliklərə təsir edib.

“Bundan əlavə, Ukraynada hərbi əməliyyatların gedişatını dəyişdirə biləcək yeni birliklər və bölmələr yaradılıb”, – Qurulev əlavə edib.

Deputat Rusiyada yeni səfərbərlik üçün heç bir ilkin şərtlərin olmadığını bildirib. Qurulevin sözlərinə görə, səfərbər edilmiş ruslar hələ döyüşlərə tam cəlb olunmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki