image-999backend

Putin Türkiyəyə səfər edəcək

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini Türkiyəyə səfərə dəvət edib.Vətəninfo.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” nin müxbiri məlumat yayıb .

Türkiyə prezidenti Soçidə keçirilən danışıqlardan sonra Rusiya prezidenti ilə vidalaşaraq, “Mən sizi ən qısa zamanda öz yerimdə gözləyirəm” dedi. Qısa dialoq zamanı liderlər tərcüməçilərin köməyi ilə əl sıxaraq ünsiyyət qurublar.

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə görüşüblər. Bu, onların təxminən bir illik fasilədən sonra ilk görüşü idi. Prezidentlər Qara dəniz taxıl sazişi ətrafında vəziyyəti və digər məsələləri müzakirə ediblər. Danışıqların nəticəsi olaraq Rusiya Federasiyasının prezidenti elan edib ki, bir neçə həftədən sonra Rusiya altı Afrika ölkəsinə pulsuz taxıl tədarük etməyə başlayacaq. Öz növbəsində Ərdoğan bəyan edib ki, Ankara Rusiya taxılının ehtiyacı olan ölkələrə göndərilməsi üçün emalını dəstəkləməyə hazırdır və Afrika ölkələrinə ərzaq tədarükü üçün Rusiya ilə birgə addımlar atılacağına ümid edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki