image-9bda8fc9-1ac6-4e59-baae-2018249a2897backend

“PUTİN UÇURUMUN ÜSTÜNDƏKİ KÖRPÜDƏ “ATLARI DƏYİŞMƏYƏ” ÇALIŞIR…” – “Kreml ordunu niyə böyüdür?”

image-reklam_sirab_01

Ukraynaya hücum etməmişdən öncə Vladimir Putin düşünürdü ki, onun “möhtəşəm ordusu” bütün təriflərə layiqdir və hər şeyin öhdəsindən gələ bilər. Lakin müharibə göstərdi ki, dünyanın ikinci ordusu hesab edilən Rusiya silahlı qüvvələri qarşıya qoyulan tapşırıqları yerinə yetirmək qabiliyyətindən uzaqdır. Bunu nəzərə alan Kreml rəhbərliyi çıxış yolu kimi ordunun böyüdülməsi qərarına gəlib.

Rusiya Müdafiə naziri son ümumi kollegiya yığıncağında şəxsi heyətin sayının artırılması ilə birlikdə yeni hərbi birləşmələrin yaradılacağını bəyan edib. Göründüyü kimi, tarixdən dərs götürməyən Rusiya ənənəvi olaraq keyfiyyətə yox, kəmiyyətə üstünlük verir…

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” internet portalı ”Ət qıtlığı artır:Kreml ordunu niyə böyüdür?” başlıqlı məqaləsində sözügedən məsələyə toxnub. Həmin məqaləni təqdim edirik: ”Rusiya Müdafiə naziri Sergey Şoyqu geniş tərkibli kollegiya iclasında orduda aparılacaq növbəti islahatlar barədə bəyanat verib. Şoyqunun sözlərinə görə, əlavə olaraq yeni ordu korpusları, diviziyalar, polklar və briqadalar yaradılacaq.

Hazırda Rusiya Baş Qərargahını əsas etibarı ilə atıcı, hücum və artilleriya birləşmələri, həmçinin də aviasiya maraqlandırır. Kreml diktatoru Vladimir Putin sözdə Şoyqunun “təşəbbüsünü” dəstəkləyib, ancaq aydındır ki, prezident administrasiyasından təlimat gəlmədən Müdafiə naziri hansısa əhəmiyyətli dəyişiklər barədə səsini çıxarmazdı.

Şoyqunun kollegiyadakı məruzəsinin böyük hissəsi ordunun ştat sayının artırılması mövzusuna həsr edilmişdi. Rusiya ordusu Ukraynada Kremlin onun qarşısında qoyduğu hərbi-siyasi tapşırığın öhdəsindən gələ bilməyib.

Beləliklə, Rusiya Müdafiə naziri bir neçə “yenilik” təklif edib. Burada söhbət onun Vladimir Putinə Rusiya ordusununun şəxsi heyətinin 1 milyon 150 min nəfərdən 1 milyon 500 minə kimi artırmaq “təklifindən” gedir.

Yada salaq ki, bu, son 4 ay ərzindəki artıq ikinci “böyütmə” planıdır. Hələ avqust ayında Putin öz fərmanı ilə ordunun 138 min nəfər artırılmasına qərar vermişdi. Yəni, işğalçı ordunun Ukraynaya təcavüzündən indiyədək əsasən kağız üzərində olsa da, ordudakı əsgər sayı 490 min nəfər artırılıb.

Bundan başqa, Şoyqu israr edir ki, müqavilə bağlayanların sayı 290 min nəfər artırılaraq 695 min nəfərə çatdırılsın. Plan üzrə 2022-ci ilin sonunda Rusiya ordusundakı kontraktçıların sayı 521 min nəfər olmalıdır və Şoyqunun fantaziyasına görə onlar tədricən səfərbərliklə çağırılanları əvəzləyəcəklər. Maraqlıdır ki, Şoyqu bu cür qəfil əvəzetməni necə həyata keçirəcəklərindən və bu qədər müqaviləçini haradan yığacaqlarını izah etməyib.

Putinin ordunun şəxsi heyətinin sayının artırılması barəsindəki avqust qərarı və qismən səfərbərlik edilməsinin səbəbi piyada döyüşçülərin kəskin çatışmaması ilə bağlıdır.

Rusiya Baş Qərargahının “xüsusi hərbi əməliyyat” sona çatanadək müqavilə əsasında xidmət göstərənlərin müqaviləsinin uzadılması qərarı müharibənin ilk aylarında vəziyyəti xials edə bilməmişdi. Nəticədə bu qərar əsgərlərin mənəvi ruhunu sındırmışdı. Əsgərlər evə getməyə hazırlaşırdılar və ona görə də ukraynalıların mənzillərindən parltaryuyan maşın, unitaz oğurlayırdılar. Ancaq komandanlıq birdən -birə onlara bildirmişdi ki, tezliklə heç yana getmək yoxdur. Hələ üstəlik, döyüşlərdən sağ çıxmaq problemi də vardı…
Ətraflı

Şoyqunun islahatları təkcə şəxsi heyətin artırılması ilə yekunlaşmır. Kremldən hərbi Baş Qərargaha beş yeni motoatıcı və hücum-desant diviziyasının və ordu korpusunun yaradılmasına dair göstəriş verilib.

Planda həmçinin bir neçə aviasiya polku, briqadalar və beş artilleriya diviziyasının formalaşdırılması nəzərdə tutulur. Çox böyük ehtimalla bunlar qismən səfərbər edilənlər və müqavilə imzalamağa meyli olan keçmiş muzdlu əsgərlərdən yığılacaq.

Əgər real olaraq yeni korpuslar və diviziyalar yaratmaq lazımdırsa, onda təkcə 290 min yeni müqaviləçiylə məsələ həll edilə bilməz. Belə olan halda Putinin sözdə dayandırdığı qismən səfərbərlik davam etdiriləcək.

Deyilənə görə, çağrış yaşı mərhələlərlə 18-dən 21 yaşadək qaldırılacaq və bununla paralel çağrışın yaş məhdudiyyətini indiki 27 yaşdan 30 yaşadək yüksəldəcəklər.

Yəqin ki, bu qərar insanları müqavilə bağlamağa daha asan meylləndirmək və ön cəbhəyə yollamaq üçün qəbul edilib. Biri var müharibəyə dünənki məktəblini göndərəsən, bir də var institut məzununu. Belə olan təqdirdə daha az şəs-küy qopar və daha az iradlar səslənər.

Rusiya ordusunda məhz indi islahat aparılması barədə verilən bəyanat nəylə əlaqədardır?

Əslində, Şoyqunun bəyanatı Rusiyanın Ukraynada apadığı müharibədə ordu komandanlığının buraxdığı çoxsaylı səhvlərin etiraf edilməsidir. Bu, həm də Putinin, Şoyqunun və onlarla birlikdə hərəkət edən Gerasimovun şəxsi rüsvayçılığıdır. Onlar bütün dünya hərbçilərinin gözündə gülüş obyektinə çevriliblər.

Rusiya Federasiyasının Baş Qərargahındakı “əfəl” generallar öz peşəkar ordularını faktiki baxımdan məhv edilmiş vəziyyətə salıblar. Fevralda Ukraynaya təcavüz edən Kremlin ordusu artıq demək olar ki, şil-küt edilib. Hücum planı çox savadsızcasına hazırlanmışdı, hərbi kontingentlərə əmr və tapşırqıları axmaqlar veriblər. Əhalisi 40 milyondan artıq olan ölkəni “gedib gəzə-gəzə zəbt edəcəyik” ideyası ilə ələ keçirmək tam idiotizmdir. İndi Putin Şoyqunun dili ilə uçurumun üstündəki körpüdə atları necə “məharətlə” dəyişəcəklərindən danışır.”“AzPolitika.info”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki