image-nikiforov-yevgenibackend

Putin Ukraynaya yeni komandan göndərdi

image-reklam_sirab_01

General leytenant Yevgeni Nikiforov Rusiyanın Ukraynadakı Qərb Qüvvələr Qrupuna komandanlıq edəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Bildirilib ki, Nikiforov fevralın 24-dən bəri bu hərbi birləşmənin 4-cü komandiri olacaq və cəmi üç ay əvvəl təyin edilmiş general-polkovnik Sergey Kuzovlevi əvəz edəcək.

Kəşfiyyatın məlumatına görə, hazırda bu qruplaşmanın vəzifəsi Kremennoy və Svatovo ətrafında Rus ordusunun sağ cinahını saxlamaqdır. Hər iki tərəf bu sahədə hücuma cəhd edə biləcəyi üçün Nikiforov mühüm əməliyyat rolunu öz üzərinə götürüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki