image-indirbackend

Putin “Vaqner” rəhbərini bağışlamayacaq

image-reklam_sirab_01

Priqojin müdafiə naziri Şoyqunu və baş qərargah rəisi Qerasimovu söysə də, ən çox prezident Putindən yanıqlıdır.

Çünki Priqojini və onun “Vaqner” muzdlu qruplaşmasını Ukraynanın ən qaynar nöqtəsinə göndərən Putin olub. Priqojin dostu Putinin hesabına varlanıb, ərzaq şirkətləri milyardlar qazanıb, “Vaqner” muzdlu qruplaşmasını yaradıb, döyüşçülərini üçüncü ölkələrə göndərib yaxşı kontraktlar əldə edib.

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Putin Priqojinə əmr verib ki, özü və muzdluları Ukraynada savaşmağa başlasınlar. Gündə yüzlərlə döyüşçüsünü itirən Priqojinin psixologiyası pozulub və o ağzına gələni danışmağa başlayıb.

Priqojinin ana söyüşləriylə müşahidə olunan son çıxışlarından sonra Putinin yeganə seçimi dostunu geri çağırmaq və “Vaqner”ə yeni rəhbər təyin etməkdir. Priqojin son video açıqlamaları ilə Rusiya ordusunun nüfuzuna zərbə vurub. Orduya Şoyqu rəhbərlik etsə də, ali baş komandan Putindir. Kreml sahibi təhqiri və imicinə vurulan zərbəni Priqojinə bağışlamayacaq.

Elxan Şahinoğlu 

Politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki