image-1667652458_rusiyaya-azadliq-tesk-qatar-yandi2backend

PUTİNƏ ŞOK!..-Rus partizanlar Rusiya ordusuna yanacaq aparan qatarları yandırdı…-FOTO

image-reklam_sirab_01

“Rusiyanın azadlığı uğrunda mübarizə Ukraynada sülhü və Rusiyada normal həyatı bərpa etmək istəyən hər bir Rusiya vətəndaşının borcudur!…”

Legion üzvləri səfərbər edilmiş ruslara da müraciət edərək onlara Kremlin göstərişi ilə hərbi cinayətkar olmamaq çağırışı ediblər…

Rusiyanın Yekaterinburq şəhərində “Rusiyaya azadlıq” legionunun fəalları Ukraynada döyüşən işğalçılara çatdırılmalı olan yanacaqla dolu dəmiryol qatarlarını yandırıblar.

Alp.az xəbər verir ki, bu barədə iştirakçılar öz telegram-kanallarında məlumat yayıblar.

“Bizim gizli hərəkat Rusiyadakı kriminal rejimə qarşı çıxmaqda davam edir. Bu gün gecə saat 03:00 radələrində fəallarımız Yekaterinburqda atəş şousu edərək Rusiyanın hərbi kəşfiyyatçılarını (cinayətkarlarını) “təbrik edib”lər… Yanğın törədilib. Ukraynada hərbi cinayətlər törədən Putin qoşunlarını təmin etmək üçün yanacaqla dolu dəmiryol qatarları yandırılıb. Diktaturanın arxasında həyata keçirilən bu aksiya hazırda Putinin cinayətkarları ilə döyüş meydanında vuruşan hərbi qanadımıza dəstək məqsədilə həyata keçirilib”- legionun məlumatında belə deyilir.

Fəallar həmçinin səfərbər olan rusları müharibə cinayətkarına çevrilməməyə və Ukraynaya qarşı müharibəyə getməməyə çağırıblar.
“Səfərbərlikdə olan əsgərlərə də müraciət edirik. Ümumrusiya Legionu sıralarına daxil olmaqla və ya birbaşa Legiona qoşulmaqla Ukraynadakı müharibə cinayətlərinə qarşı çıxmaq imkanınız da var. Rusiyanın azadlığı uğrunda mübarizə Ukraynada sülhü və Rusiyada normal həyatı bərpa etmək istəyən hər bir Rusiya vətəndaşının borcudur!”, – fəallar belə çağırış ediblər.

Zəruri arayış:

Ukraynada “Rusiyanın Azadlığı” legionu

Ukraynada “Rusiyanın Azadlığı” legionundan olan ruslar işğalçılara qarşı döyüşür. Legiona keçmiş Rusiya hərbçiləri arasından Rusiya prezidenti Vladimir Putinin rejiminə qarşı çıxan könüllülər daxildir.

Daha sonra Rusiya Federasiyasının ərazisində “Rusiyanın Azadlığı” Legionunun mərkəzləri yaranıb və təşkilat artıq aktiv fəaliyyətə başlayıb.

Yayda Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç demişdi ki, son bir neçə gündə Ukrayna tərəfində döyüşmək, “Rusiyanın Azadlığı” Legionu ilə birləşmək istəyən rusların kəskin, kütləvi axını baş verib.

“Onlar cəbhədə çox yaxşı döyüşürlər”- deyən Arestoviç “Rusiyanın Azadlığı” legionu haqqında maraqlı faktlar açıqlayıb.Moderator.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki