image-bb6faf15-77a7-479a-97d6-257903e7b211backend

“PUTİNİ ƏBƏDİ YUXUYA GÖNDƏRƏCƏKLƏR…” – “Rusiya xəstə bir cəmiyyyətdir və müalicəyə ehtiyacı var”

image-reklam_sirab_01

“Vladimir Putin Ukraynada öz həyatı uğrunda mübarizə aparır. O, çox yaxşı bilir ki, məğlub olacağı təqdirdə çevrilişlə üzləşə bilər. Ukraynanın işğalıyla bağlı daha qətiyyətli addımlar atılarsa, Putinin elitaları onu əbədi yuxuya göndərə bilərlər”.

Bunu Putinin işğal siyasətini açıq şəkildə tənqid edərək, BMT-dəki missiyasından imtina edən keçmiş rusiyalı diplomat Boris Bondarev Britaniyanın “Daily Mail” nəşrinə müsahibəsində deyib.

B.Bondarev hesab edir ki, Kremli müharibəyə son qoymaq üçün danışıqlara cəlb etmək anlamsızdır. O, fikirlərini belə izah edir ki, Rusiya bu addımı zəiflik əlaməti kimi qiymətləndirəcək və özünə inamı bir qədər də artacaq: “Hazırda Putinin təxribata yol verməməsi üçün, bir sıra liderlər tez-tez ona xəbərdarlıqlar edirlər. Lakin bu, onu təhrik etməkdən başqa bir şey deyil. Onsuz da Putin nə vaxtsa nüvə və ya ona oxşar gücə malik bir silahdan istifadə edəcək. O, bunu sadəcə nə qədər ciddi olduğunu göstərmək üçün edəcək”.

O, Putinin hakimiyyətdən uzaqlaşdırılması ehtimalının nə dərəcədə real olması ilə bağlı suala belə cavab verib: “Məncə, Putinin vəzifədən məcburi şəkildə alınma ehtimalı var. Ancaq ilk növbədə o, öz xalqı tərəfindən məğlub olan, yalan danışan bir şəxs kimi qəbul edilməlidir. Xalq Putini zəif görməlidir. Bunun baş verməsi üçün də, Rusiya daha böyük məğlubiyyətlərlə üzləşməlidir. Rusiyanın Ukraynada məğlubiyyətə uğradığı onun əhalisinə və elitasına məlum olarsa, onlar Putini əbədi yuxuya göndərəcəklər”.

Rusiyanın bundan sonrakı taleyinə gəlincə, diplomat hesab edir ki, bu ölkəni qətiyyən özbaşına buraxmaq olmaz: “Rusiyaya xəstə bir cəmiyyət kimi baxmaq lazımdır. Totalitarizm xəstəlikdir və Putin bu xəstəliyə yoluxan ən bariz nümunələrdən biridir. Rusiya bu xəstəliklə mübarizə aparmalı və sağalmalıdır. Məsələn, küçədə ölüm ayağında olan birini görərkən, tez ona yaxınlaşıb, kömək etməyə çalışırıq. Putindən sonra Rusiyanın da belə bir köməyə ehtiyacı olacaq. Əgər Rusiya öz başına buraxılarsa, 10-15 ildən sonra biz bu gün üzləşdiyimiz problemlərlə yenidən qarşılaşa bilərik. Rusiya nəhəng Şimali Koreyaya çevrilərək, bütün dünyaya daha böyük proeblemlər yarada bilər”.“AzPolitika.info”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki