image-a025649c-4990-421a-a5f3-65654224bec9backend

Putini şikayət etdi, üç il həbs cəzası aldı – Rusiyada tragikomik hadisə

image-reklam_sirab_01

Rusiya Federasiyasında Vladimir Putinin əleyhinə prokurorluğa şikayət ərizəsi yazan vətəndaş həbs edilib.

Bu barədə Rusiyanın “Meduza” kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Amur vilayətindən olan Vladislav Nikitenko Rusiya Federasiyası İstintaq Komitəsinin və Prokurorluğunun bütün regional idarələrinə Vladimir Putinlə bağlı şikayət məktubu ünvanlayıb. O, V.Putini müharibəyə başlamaqda ittiham edib.

Bundan sonra Rusiya rəsmiləri fəalı Rusiya ordusunu “diskreditasiya etməkdə” ittiham edərək, əvvəlcə ev dustaqlığına, sonra isə istintaq təcridxanasına göndəriblər.

V. Nikitenkonun 3 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.“AzPolitika.info”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki