image-timthumbbackend

Putinin strateji məqsədlərindən biri də Zelenskini hakimiyyətdən məhrum etmək idi – Mark Milley

image-reklam_sirab_01

“Birləşmiş Ştatlar və digər Qərb ölkələrinin dəstəyi sayəsində Ukrayna qoşunları indi hücum əməliyyatları həyata keçirə bilirlər”- Vətəninfo.az xəbər verir ki, bunu Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley “Foreign Affairs” jurnalına müsahibəsində bildirib.

Milinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləsi zamanı strateji məqsədlərindən biri Vladimir Zelenskini hakimiyyətdən məhrum etmək olub.

Onun sözlərinə görə, Putin tez bir zamanda Kiyevi ələ keçirməyə, dörd-altı həftə ərzində Rusiya sərhədindən Dneprə doğru irəliləməyə, sonra isə Ukraynanın Azov dənizinə çıxışını əngəlləməyə çalışıb. Bununla belə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbərinin sözlərinə görə, Rusiya hərbi cəhətdən strateji məqsədlərinə nail olmayıb və ötən ilin martın sonu və ya aprelin əvvəllərində Putin strateji hədəflərinə düzəlişlər edərək, özünü Ukraynanın cənub vilayətləri ilə məhdudlaşdırmaq qərarına gəlib. Donbasda hakimiyyəti gücləndirmək və Krımı təhlükəsiz saxlamaq onlar üçün vacibdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki