Vətəninfo.az xəbər verir ki, bu gün İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf “X” hesabındakı açıqlamada ABŞ-ni bölgəyə hərbi texnika göndərməyə davam etməkdə tənqid edib.
“Amerikalılar bölgəyə davamlı olaraq yeni hərbi texnika gətirir və bunun müharibəni dayandırmaq məqsədi daşıdığını iddia edirlər. Bizim zəkamızı özlərinin aşağı IQ səviyyəsinə görə qiymətləndiriblər.
Biz artıq ABŞ-nin bu cür addımlarını düzgün dəyərləndirmək üçün kifayət qədər təcrübə qazanmışıq. Biz ABŞ-nin bu oyunlarını tanımaq mərhələsinə çatmışıq və buna uyğun şəkildə hazırlaşmışıq. Atılan addımlar deyilənləri təsdiqləməli, onları təkzib etməməlidir”, – deyə, Qalibaf yazıb.


























