İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentin açıq iclasında çıxışı zamanı deyib.
“Bizim neft satmadığımız regionda heç bir başqa tərəf də neft sata bilməyəcək”, – deyə o qeyd edib.
Məhəmməd Baqir Qalibaf əlavə edib ki, İranın təhlükəsizliyi təmin edilmədiyi təqdirdə heç bir infrastruktur təhlükəsiz olmayacaq.
O, İran İslam Respublikasına qarşı istənilən təcavüz və ya avantürizm aktına cavabın sərt, sürətli və dəqiq olacağını vurğulayıb.


























