Dünən İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf ölkənin ali rəhbəri Müctəba Xameneiyə ünvanladığı mesajda ABŞ ilə imzalanmış anlaşma memorandumu ilə bağlı mövqeyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Qalibaf ali rəhbərin müraciətinə görə təşəkkür edərək bildirib ki, əgər qarşı tərəf razılaşmanın çərçivəsini aşmağa və ya əlavə tələblər irəli sürməyə çalışarsa, İran buna sərt cavab verməyə hazırdır.
O vurğulayıb ki, İranın “əli tətikdədir” və ölkə öz maraqlarını müdafiə etmək üçün lazım gəldikdə qətiyyətli addımlar atmaqdan çəkinməyəcək.
Qalibaf “X” hesabında da yazıb ki, ali rəhbərin göstərişi əldə olunmuş anlaşmanın şərtlərinə əməl etməkdir. Bununla yanaşı, o qeyd edib ki, qarşı tərəf öhdəliklərini pozarsa və ya razılaşmanı birtərəfli şəkildə dəyişdirməyə çalışarsa, İran buna “sarsıdıcı cavab” verməkdən çəkinməyəcək: “Onlara müharibədə bir dəfə sillə vurulub, əgər eyni yolu təkrarlasalar, daha ağır sillə vurulacaq”.


























