Ermənistanın Baş naziri Nikol Paşinyanın protokol rəisi Qaqik Vanoyanı vəzifəsindən azad etdiyi bildirilir.
Vətəninfo.az xəbər verir ki, buna səbəb rəsmi tədbirdə Qazaxıstan və Qırğızıstan prezidentlərinin səhv salınması olub.
Ermənistanın “Joqovurd” qəzeti yazır ki, Qaqik Vanoyanın vəzifədən azad edilməsi barədə qərarı Nikol Paşinyan qəbul edib. Nəşrin hökumətə yaxın mənbələrinin məlumatına görə, hadisə oktyabrın 18-də COP17 ilə bağlı çıxışın təqdimatı zamanı baş verib.
İddia olunur ki, Paşinyanın çıxışının mətni təqdim edilərkən Qırğızıstan prezidenti səhvən Qazaxıstan prezidenti kimi təqdim olunub. Bundan xəbər tutan Ermənistanın baş naziri baş verənlərə narazılığını bildirib və protokol rəisini vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib.


























