image-reklam-veteninfo
image-1backend

Qalmaqal: Rusiyanın Fransadakı səfiriizahat verməlidir

image-reklam-veteninfo

Fransanın xarici işlər naziri Jan-Noel Barron jurnalistlərə bildirib ki, Rusiyanın Fransadakı səfiri son kiberhücumlarla bağlı izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırılacaq.

Fransa tərəfi bu hücumlarda Rusiya izi görüb.O qeyd edib ki, Avropada Rusiya xüsusi xidmət orqanları tərəfindən rəqəmsal mühitdə genişmiqyaslı təxribat və casusluq kampaniyası aparılır.

Onun sözlərinə görə, hədəflər dövlət qurumlarını, şirkətləri və xidmət təminatçılarını əhatə edirdi. Məqsəd “ya məlumat əldə etmək, ya da əməliyyatları pozmaq idi, məsələn, Polşada baş verdiyi kimi dəmir yolu infrastrukturu məsələsində”. Xarici işlər nazirinin sözlərinə görə, ümumilikdə bu kampaniya Fransa da daxil olmaqla təxminən on Avropa ölkəsinə təsir göstərib, lakin respublikaya hansı konkret ziyan dəydiyini dəqiqləşdirməyib.

Vətəninfo.az xəbər verir ki, nazir BFMTV-yə verdiyi müsahibədə bildirib: “Bu gün biz yaxın günlərdə Rusiyanın Fransadakı səfirini çağıracağımızı, eləcə də bu kiberhücuma görə məsul olan doqquz şəxsə və dörd təşkilata sanksiyalar tətbiq edəcəyimizi elan edirik”.Barrot qeyd edib ki, Fransa bu kiberhücumları aşkarlaya bilib, çünki ölkə “oxşar kiberhücumlara qarşı müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirib”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki