image-1backend

Qar Avropanı iflic etdi – Fotolar

image-reklam_sirab_01

Qərbi Avropa sakinləri həftəsonu nəqliyyatın hərəkətini iflic edən güclü qarın öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Vətəninfo.az xəbər verir ki, bu barədə BBC xəbər verir.

Britaniyada havanın temperaturu -12 dərəcədən aşağıdır.

Son bir neçə gün ərzində Almaniyanın əksər ərazilərinə qar yağıb və burada da havanın temperaturu mənfi olub. Bu, sakinlər üçün sürprizdir, çünki son iki onillikdə belə soyuq qış olmamışdı.

Şənbə günü Bavariyanın paytaxtı Münhendə nəqliyyat əlaqəsi bağlanıb. Meteorologiya xidmətlərinin məlumatına görə, cümə günündən şənbəyə keçən gecə buraya 40 santimetrdən çox qar yağıb. Yerli mətbuatın yazdığına görə, ötən əsrin 30-cu illərindən burada belə bir hadisə baş verməyib.

Münhen hava limanı işlərini dayandırdığını açıqlayıb. Təxminən 760 reys gecikdi və ya ləğv edildi.

image-2 image-3 image-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki