image-image_750x_6390f8ac21009backend

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Rusiyanı təcavüzkar kimi tanıdı 

image-reklam_sirab_01

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Rusiyanı təcavüzkar kimi tanıyır. Vətəninfo.az xəbər verir ki, bunu Ermənistan Nazirlər Kabinetinin iqtisadi məsələlər üzrə daimi komissiyasının sədr müavini Babken Tunyan yazıb.

Babken Tunyan bildirib ki, Rusiya təşkilatı tərk etmək niyyətindədir.
Səsvermədən əvvəl səsləndirilən bəyanatları nəzərə alan rusiyalı nümayəndələr Rusiya-Ukrayna münaqişəsini bu proseslə əlaqələndirməməyə, təşkilatın işini iflic etməməyə çağırıb və elan ediblər ki, üzvlərindən hər hansı birinin mandatı təsdiq olunmazsa, sessiyanı tərk edəcəklər.

“Rusiya nümayəndə heyətinin birinci üzvünün mandatı təsdiqlənmədi, 13 nümayəndə heyətindən 7-si lehinə səs verməli idi, lakin 5-i  lehinə səs verdi. Azərbaycan nümayəndə heyəti səsvermədə iştirak etməmək üçün səsvermədən əvvəl zalı tərk edib. Bu səsvermədən sonra Rusiya nümayəndə heyəti üzvlük haqqını ödəməyi dayandıracağını açıqlayıb və zalı tərk edib.”- deyə Tunyan bildirib.

Qeyd edək ki, sessiya  bu gün dekabrın 8-də də işini davam etdirəcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki