image-1backend

“Qarabağ”ın tanınmış şəxsi klub yaratdı, özünü baş məşqçi təyin etdi – FOTO

image-reklam_sirab_01

Millinin və «Qarabağ»ın sabiq hücumçusu Vüqar Nadirov yeni futbol klubu yaradıb. “Hypers”adında.

Sözügedən komanda tezliklə start götürəcək Region Liqasında mübarizə aparacaq.

“Hypers” Paytaxt və Şimal zonasında yer alacaq.

Çempionluq uğrunda yarışacaq kollektivin baş məşqçisi də elə Vüqar Nadirovun özüdür. Onlar ev oyunlarını Mərdəkanda – “Dalğa Arena”da keçirəcək.

Oktyabrın 19-da 2023/24-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq.Federasiya növbəti yarışın minimum 35 komandanın iştirakıyla təşkilini planlaşdırır.

Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Ağstafa gəncləri“, “Ərgünəş“, “Şimal”, “Masallı”, “Bərdə”, “Qala”, “Balakən”, ”Ümid” (Saatlı) və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Zəfər 44», «Ərkivan», «VT Gəncə», «Şirvanovka», “Çinar” (Zəngilan), “Mil”, “Göyəzən”, “Neftçala”, «Qobustan», «Lokomotiv» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki