image-img-20221102-wa0006backend

“Qarabağ problemi yoxdur” –STANİSLAV TARASOV

image-reklam_sirab_01

Rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert, Moskvanın rəsmi sözçülərindən sayılan  Stanislav Tarasov erməni mediasına müsahibə verib.

Vətəninfo.az xəbər verir ki, rusiyalı politoloq müsahibəsi zamanı bildirib : “Artıq Qarabağ problemi yoxdur”.

Politoloq qeyd edib ki, bu üçtərəfli görüşlə bağlı gözləntilər müxtəlif, hətta sensasion idi. Çoxları Moskvanın hansısa yeni təkliflərlə çıxış edəcəyini düşünürdü və Paşinyan ötən gün Putinlə bir saat danışıb və bəyanatda Qarabağın adının çəkilməsini istəyib. Ancaq bəyanat ümumi ifadələrdən ibarətdir, məlum tezislər qeyd olunur, amma Qarabağ yoxdur.
“Bu o deməkdir ki, Putin üçün artıq Qarabağ adlı bir problem yoxdur. Bir sözlə artıq bu problem öz həllini tapıb.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki