“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakuv”u mübarizədən kənarlaşdırsa, növbəti raundda səpələnmişlər sırasında yer alacaq.
Vətəninfo.az xəbər verir ki, “atlılar”ın II mərhələni keçəcəyi halda, növbəti potensial rəqiblərindən ikisi artıq məlumdur. Bunlar səpələnməmişlər səbətində yer alan Çexiyanın “Sparta” və Yunanıstanın AEK komandalarıdır.
“Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail), BATE (Belarus) – “Aris” (Kipr), “Klaksvik” (Farer adaları) – “Haken” (İsveç) və “Ludoqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya) duellərinin güclüləri də III mərhələdə “Qarabağ”ın mümkün rəqibləri sırasında olacaq.
“Qarabağ” “Rakuv”la ilk oyunu iyulun 26-da Polşada keçirəcək.