image-1669274019_1659532749_thumb600x0backend

Qarabağda antiterror əməliyyatı başlaya bilər –Hərbi ekspert  

image-reklam_sirab_01

Son günlər ermənilər mütamadi olaraq atəşkəs rejimini pozur, Azərbaycan ərazilərini atəşə tutur. Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan ərazidən də Şuşa, Xocavənd ərazisini atəşə tutur. Azərbaycanın bu qanunsuz əməllərə münasibəti necə olacaq?. Vətəninfo.az saytına açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildiririb ki,  Ermənistan sülh prosesindən yayınmaqla aktiv müharibə abu- havası yaradır.

“Ermənistan Hindistandan və İrandan yeni silahlar alır. Son günlər isə Qarabağda daha da aktivləşiblər. Sözsüz ki, onlara yeni silahlar çatdırılıb. Rusiya sülhməramlı qüvvələri bu silahların Qarabağa ötürülməsində vasitəçidir. Bu sülhməramlı qüvvələrin missiyasına uygun deyil Əgər bu belə davam etsə Azərbaycan sülhməramlı missiyanın Qarabağda fəaliyyətinə xitam verə bilər. Digər tərəfdən tezliklə Azərbaycan tərəfi Qarabağda antiterror əməliyyatı keçirə bilər. Çünki hazırkı vəziyyət bunu qaçılmaz edir”- deyə Ədalət Verdiyev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki