image-1-124-780x470backend

Qarabağda çaxnaşma: Xankəndidə ermənilərin təxliyyə ediləcəyi xəbəri yayılıb

image-reklam_sirab_01

Dünəndən etibarən Qarabağda yaşayan ermənilər arasında çaxnaşma başlayıb. Buna səbəb Xankəndidə əhalinin təxliyyə ediləcəyi ilə bağlı xəbərlərin yayılmasıdır.

“Hraparak” yazır ki, dünən günorta saatlarından sonra sosial şəbəkələrdə ermənilərə müraciət olunub və onlardan Qarabağlı tərk etmək, Ermənistana yerləşmək istəyənlərin rəsmi qurumlara müraciət etmələri istənilib. Xəbər qısa müddətdə bütün bölgəyə yayılıb və nəticədə, ermənilər arasında çaxnaşma yaranıb. Bir qismi Qarabağdakı separatçıların nümayəndələrinə müraciət edərək, təxliyyəyə hazır olduqlarını bildiriblər. Axşam saatlarında isə bu say getdikcə artmağa başlayıb.

Vəziyyətin belə bir şəkil almasını görən separatçılar prosesin qarşısını almaq üçün ermənilərə müraciət etmək məcburiyyətində qalıblar. Onlar iddia ediblər ki, təxliyyə barədə xəbərləri guya, Azərbaycan xüsusi xidmət orqanları yayıb və məqsəd erməniləri təlaşa salmaqdır.

Qeyd edək ki, son zamanlar Qarabağda yaşayan ermənilər arasında belə xəbərlərin yayılması intensiv şəkil alıb. Bu xəbərlərin yayılmasında Azərbaycanın hər hansı bir rolunun olması inandırıcı deyil. Çünki rəsmi Bakı Qarabağda yaşayan ermənilərin ölkə vətəndaşı olduğunu bəyan edib. Belə olan halda öz vətəndaşlarımızı ölkədən niyə çıxarmaq fikrinə düşək ki? Görünən odur ki, Qarabağdakı separatçılar bununla nəbz yoxlayır və bölgəni tərk etmək istəyənləri müəyyənləşdirməyə çalışır. Davamında isə həmin adamları incidərək, fikirlərindən döndərməyi planlaşdırırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki