image-555backend

“Qarabağda sülhməramlılara BMT mandatı verməyə ehtiyac yoxdur” – Rusiya Xarici İşlər Nazirliyi

image-reklam_sirab_01

“Rusiya sülhməramlılarına Qarabağda BMT mandatı verməyə ehtiyac yoxdur və Bakı və İrəvan onların işləmə üsulu ilə razılaşır və dəstəkləyir.” –Vətəninfo.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Petr İliçev deyib.

“Sabitliyin qorunmasının yeganə təminatçısı Rusiya sülhməramlı kontingentidir, ona BMT mandatının verilməsinə ehtiyac yoxdur, çünki sülhməramlılarımızın fəaliyyət üsulları artıq birinci üçtərəfli sazişdə aydın şəkildə müəyyən edilib. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı bu təsdiqini tapıb. Bu baxımdan mübahisə iştirakçıları arasında konsensus var və bu fakt burada əsasdır”, – İliçev bildirib.

Onun sözlərinə görə, xüsusilə qeyd etmək lazımdır ki, “Rusiya sülhməramlılarının fəaliyyəti həm Bakıda, həm də İrəvanda dəstəklənir ki, bu da ərazinin yekun statusunun qeyri-müəyyənliyi kontekstində əsas əhəmiyyət kəsb edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki