image-444backend

Qarabağdakı ermənilər silahlandırılır: Ermənilər niyə təxribata əl atmaq istəyir?

image-reklam_sirab_01

Martın 29-da Azərbaycan Ordusu Ermənistanla sərhəddə çıxaraq, dövlət sərhəddimizin daha bir hissəsini bərpa edib. Həmin vaxtdan etibarən Ermənistanın Tex (Dığ) kəndi yaxınlığında mövqe tutan Ordumuz, mühəndis-istehkam işləri görür.

Qeyd edək ki, həmin vaxtdan sonra ermənilər sərhəddimizdə təxribata da əl atıblar. Bu zaman 3 hərbçimiz Şəhid olub. Bu hadisədən sonra bir qədər sakitləşən ermənilər, son günlər yenidən revanş həvəsinə düşüblər. Vətəninfo.az  xəbər verir ki, Aravus icmasının keçmiş rəhbəri Arqam Hovsepyan vəziyyətlərinin ağır olduğunu, Azərbaycan Ordusunun kəndin əsas əkin sahələrini nəzarətinə aldığını qeyd edib. O bildirib ki, belə davam edərsə, onların həmin ərazilərdən Azərbaycan Ordusunu çıxarmaqdan başqa çarələri qalmayacaq. “Kəndlilərin dolanışığı üçün heç bir şərait yoxdur. Ümid edirik ki, azərbaycanlıları geri çəkəcəyik. Başqa yol yoxdur, biz belə yaşaya bilmərik. Bu mümkün də deyil. Düzünü desəm, mən ümid etmirəm ki, onları diplomatik yolla ərazidən çıxarılacaqlar. Amma ümid edirəm ki, biz onları silahla başa salıb, oradan çıxaracağıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image