image-1backend

“Qarabağı biz yox, sizin rəhbərliyiniz verib” – “Ruslar təslim etdi…”

image-reklam_sirab_01

Baş nazir Nikol Paşinyanın son mətbuat konfransında Azərbaycanın anklav kəndləri və digər mövzulardakı açıqlamaları Ermənistandakı revanşist müxalifəti hərəkətə keçirib.

Vətəninfo.az  xəbər verir ki, Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Qaqik Melkonyan müxalif KİV-lərin Paşinyanla bağlı aqressiv suallarına və ittihamlarına sərt cavablar verib. Melkonyan iddia edib ki, Gorus-Qafan avtomobil yolunu ruslar Azərbaycana təslim edib. Xatırladaq ki, söhbət bu yolun Azərbaycan ərazisindən keçən hissəsindən gedir: “Ruslar təslim ediblər. Bu əraziyə Azərbaycan ordusu ilə birlikdə rus ordusu nəzarət edirdi və bir gün onu bağlayaraq azərbaycanlılara təhvil verdilər”.

Onun sözlərinə görə, Laçın dəhlizini də ruslar təslim ediblər: “Gedin bunları rus qoşunlarının komandirindən soruşun. Biz heç nəyi təslim etmədik, “artsax”ı siz, sizin rəhbərliyiniz təslim etdi”.

Melkonyan Paşinyanın anklav kəndlər barədə dediklərini də şərh edib və deyib ki, “Baş nazir nə istəsə, onu da deyə bilər”. O, Tavuş bölgəsindəki dörd kənd haqqında danışarkən müxalif jurnalistlərin “çox tələsdiyini” deyib: “Biz müzakirə edirik, indi bizim Azərbaycan ərazisində yerləşən Artsvaşen (Başkənd) var, biz onu nəyə dəyişdirəcəyimizi müzakirə etməliyik, amma siz tələsirsiniz, artıq təslim olduğumuzu deyirsiniz”.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki