image-image_750x_63bc4fa7e2b7cbackend

Qazaxıstan Rusiya ilə bağlanan müqaviləyə xitam verir

image-reklam_sirab_01

Qazaxıstan hakimiyyəti Rusiya ilə rubl və tengenin qarşılıqlı konvertasiyası və valyuta məzənnələrinin sabitləşdirilməsi tədbirləri haqqında sazişi aktuallığını itirdiyi üçün ləğv etmək niyyətindədir. Vətəninfo.az xəbər verir ki, bu barədə hökumətinin qərar layihəsinə istinadən məlumat yayıb.

Bu saziş iki ölkənin hökumətləri və mərkəzi bankları tərəfindən 1995-ci ildə imzalanıb.

Qazaxıstan Xarici İşlər Nazirliyi, sənədin qəbul edildiyi təqdirdə, ləğv etmək niyyəti barədə Rusiya hökumətinə məlumat verməlidir.

Ötən ilin sonunda Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Rusiyanı tərk edən bütün xarici şirkətləri ölkəyə dəvət edib. Onun fikrincə, xarici investisiyaların köməyi ilə respublika Avropanı Asiya ilə birləşdirəcək əraziyə çevrilə bilərdi. Yapon telekanalının efirində diplomat söz verib ki, Astana Moskvaya qarşı sanksiyalar tətbiq etməyəcək, lakin Qərbin məhdudiyyətlərindən yan keçməyə də kömək etməyəcək.

Almaniyanın Rusiya neftindən imtina etməsi fonunda Qazaxıstan da öz neftini Drujba neft kəməri ilə Avropa ölkəsinə tədarük etmək planlarını təsdiqləyib. Rusiya baş nazirinin müavini Aleksandr Novak qeyd edib ki, Moskva müvafiq ərizəni təsdiqləməyə hazırdır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki