image-qazaxsedbackend

Qazaxıstan seçkiləri: Hansı partiyaların şansı daha böyükdür?

image-reklam_sirab_01

İndiyə qədər Qazaxıstanda keçirilmiş seçkilərdə heç bir dəyişiklik baş verməmişdi.

Ölkədə 5 rəsmi qeydiyyata alınmış partiya var. Bunlar aşağıdakılardır:

“Amanat” (keçmiş Nur Otan), “Auıl”, “Ak jol”, NPK və OSDP.

Bu partiyaları sinifləşdirmək analitiklərin fikrincə çox müşkül məsələdir. Demək olar ki, onların nizamnamələri bir-birinə çox bənzəyir. Konstitusiyaya edilmiş son dəyişiklikdən sonra isə məlum oldu ki, ölkənin siyasi landşaftı dəyişməyə başlayıb və bu prosesi dayandırmaq mümkün deyil. Bunu ilk olaraq yenicə qeydiyyatdan keçmiş “Baytak” və “Respublika” partiyaları başa düşdülər. Bütün bunların fonunda partiyaların “köhnə” kimi göstərilmiş qeydiyyatı nəzərə çarpır. Bunu təbliğat işinin analizi açıq şəkildə göstərir. “Amanat” partiyası həmişə sosial-iqtisadi məsələləri daha çox qabardarkən, indi vətəndaş cəmiyyətinin inkişafından danışır.

Məsələn, Məclisin nəzdində İctimai Palatanın işinin artırılmasından bəhs edir. Bundan başqa, partiya ölkə prezidentinin ictimai-siyasi proseslərdə gənclərin və qadınların rolunun artırılması təşəbbüsünü dəstəkləyir.

Bir sözlə “Amanat” ölkənin prezident Tokayevin konfliktlərsiz, dialoq yolu ilə inkişaf yolu kursunu dəstəkləyir. Digər partiyalar da həmçinin, özlərinin seçkiabağı platformalarında dəyişikliklər ediblər. “Ak jol” partiyası həmişə biznes strukturların marağını müdafiə edrdisə, indi milli-vətənpərvırlərin şüarlarına dəstək verməyə başlayıb. Partiya “Alaş” hərəkatının əbədiləşdirilməsini istəyir və bu məsələdə hərəkat liderlərinin bəzilərinin rolunu qabardaraq başqalarını unutdurur. Bu cəhıtdən ən taraz seçkiqabağı platforması olan partiya kimi Qazaxıstan Xalq Partiyasını göstərmək olar. Bu partiya bəyan edir ki, Tokayevin kursunu dəstəkləyir, amma bununla yanaşı bir palatalı parlament tərəfdarı kimi çıxış edir. Bunların proqramına görə, hökumət ən çox səs toplamış partiya formalaşdırmalıdır və ya səs yetərsizliyi olarsa, partiyalar koalisiya qurmalıdırlar. QXP-nin proqramının ən maraqlı hissəsi etnik qruplar arasındakı münasibətlər məsələsədir.

Məsələn, partiya təklif edir ki, milli icmaların rolunu artırmaq üçün onlara dövlət büdcəsindən maliyyə yardımı ayrılsın. Söz azadlığı haqqında yeni qanunlar qəbul edilsin və həmkarlar ittifaqlarının fəliyyətinə şərait yaradılsın.

Təkpalatalı parlament sisteminə dönmə təklifi ilə həm də Sosial Demokrat Partiyası çıxış edir. “Auıl” partiyasına gəldikdə isə, özünü 20 il ərzində heç bir sahədə göstərməmiş bu təşkilatın digər partiyalarla rəqabətə girməsi mümkün görünmür. Yeni yaradılmış “Baytak” və “Respublika” partiyaları isə Tokayev tərəfindən başladılmış siyasi yeniliklərin, reformaların dəstəkçisi kimi çıxış edirlər. “Baytak” daha çox ekoloji problemləri, “Respublika” isə biznes qurumlarının maraqlarını əsas tutur.

Qeyd edək ki, seçkilərdən sonra yeni partiyaların qeydiyyatdan keçəcəyi istisna edilmir. Onlardan biri də Qazaxıstan Xalq Konqresidir. Partiyanın lideri tanınmış qazax yazıçısı Oljas Süleymanovdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki