image-reklam-veteninfo
image-69fs5ciicijpgyjsbackend

Qazaxıstan sərhəddə 59 nəzarət məntəqəsi qurdu: qanunsuz yanacaq ixracına qarşı tədbirlər gücləndirilir

image-reklam-veteninfo

Qazaxıstan qanunsuz yanacaq ixracının qarşısını almaq məqsədilə dövlət sərhədində nəzarət tədbirlərini gücləndirib.
Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə sərhədi boyunca 59 polis nəzarət-buraxılış məntəqəsi fəaliyyətə başlayıb. Məqsəd yanacaq və sürtkü yağlarının qanunsuz şəkildə ölkədən çıxarılmasının qarşısını almaqdır.
Bildirilib ki, 2026-cı ilin əvvəlindən etibarən nəqliyyat vasitələrində qanunsuz əlavə yanacaq çənlərinin quraşdırılması ilə bağlı 255 fakt aşkarlanıb. Qayda pozuntularına yol verən şəxslərin hamısı inzibati məsuliyyətə cəlb olunub.
Cərimələnənlər arasında 195 xarici ölkə vətəndaşı və 60 Qazaxıstan vətəndaşı var.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstanın energetika nazirinin müavini Kairxan Tutkışbayev ölkədə yanacağın qanunsuz ixracı hallarının artması səbəbindən sərhəd nəzarətinin gücləndirildiyini açıqlamışdı. Bu tədbirlərin daxili bazarda yanacaq təminatının qorunmasına xidmət etdiyi vurğulanır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki