image-image_750x_638777b68b0a1backend

Qazaxıstan Solovyovu bağışladı

image-reklam_sirab_01

Qazaxıstan Xarici İşlər Nazirliyi məşhur rusiyalı jurnalist və aparıcı Vladimir Solovyovun efirində səsləndirilən qalmaqallı açıqlamalarla bağlı Rusiya hakimiyyətinə heç bir narazılıq bildirməyəcək. Vətəninfo.az xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.

Xatırladaq ki, “Rossiya-1” telekanalında yayımlanan verilişin qonağı, politoloq Dmitri Drobnitski həmsöhbətlərinə “növbəti problemin Qazaxıstan olduğuna diqqət yetirməyi” təklif etmişdi, çünki onun fikrincə, “ Ukraynada olduğu kimi orada da millətçi proseslər başlaya bilər”. O qeyd edib ki, “orada çoxlu ruslar var”. Daha sonra Solovyov baş vermiş hadisəyə görə üzr istəyib, Qazaxıstanı sevdiyini, Qazaxıstan rəhbərliyinə hörmət etdiyini və Rusiya-Qazaxıstan dostluğunun əhəmiyyətini yaxşı anladığını bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki