image-637e14b69a64abackend

Qazaxıstanda helikopter sərt eniş edib, ölən və yaralananlar var

image-reklam_sirab_01

Qazaxıstanın qərbində ”Mi-8” tipli helikopterin sərt eniş zamanı qəzaya uğradığı bildirilib, nəticədə 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Vətəninfo.az xəbər verir ki, Qazaxıstan Mülki Aviasiya Komitəsindən verilən yazılı açıqlamada hadisə yerli vaxtla saat 16.00-da baş verib. Helikopterin göyərtəsində 5 ekipaj üzvü ilə bir sərnişinin olduğu bildirilib.
Açıqlamada qeyd olunub ki, yerli vaxtla saat 19:00 radələrində hadisə yerinə gedən xilasedicilər sərt eniş zamanı ekipajdan 4 nəfərin öldüyünü müəyyən edib və 2 nəfəri xilas edib.
Helikopterdə olan sərnişinin Qazaxıstan Milli Neft Şirkətinin nümayəndəsi olduğu və şirkətin göstərişi ilə bölgədəki boru kəmərinə baxış keçirmək üçün havaya qalxdığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki