image-reklam-veteninfo
image-1backend

Qazaxıstanda hərbçilərin ölümünə görə Müdafiə Nazirliyinin 5 rəsmisi həbs edilib

image-reklam-veteninfo

Qazaxıstanda Xəzər dənizində keçirilən “Xəzər Korqan-2026” hərbi təlimləri zamanı hərbçilərin ölümü ilə bağlı istintaq çərçivəsində Müdafiə Nazirliyinin beş vəzifəli şəxsi həbs edilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həbs olunanlar arasında Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi və baş komandanın birinci müavini, iki hərbi hissənin komandiri və digər vəzifəli şəxslərin olduğu bildirilir.

Məlumata görə, onlar şübhəli şəxs qismində müəyyən edilərək Aktau şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma davam edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki