MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ramazan bayramında Vətən Müharibəsinin şəhidi Nurlan Ağakişiyevin anası Pərvanə Ağakişiyeva ilə görüşüb.
Veteninfo.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Nurlan Etibar oğlu Ağakişiyev (22 iyul 2002, Sumqayıt – 28 sentyabr 2020, Ağdam r.) “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Q.Paşayeva bu il anadan olmasının 20-ci ildönümü tamam olacaq Nurlan Ağakişiyevin ruhunu dərin ehtiramla anaraq, bütün bayramlarımızda, əlamətdar günlərdə məhz şəhid analarının başda olmasını xalqımızın, dövlətimizin qədibilənliyi kimi xarakterizə edib: “Qədirbilən xalqımız, ali dövlət rəhbərliyimiz şəhid ailələrinə həmişə yüksək diqqət-qayğı göstərir. Şəhid analarına bu ilki Ramazan ayı və bayram günlərində də xüsusi münasibətin şahidi olduq. Belə də olmalıdır.
Əziz şəhid anası, biz Sizlərə borcluyuq, Sizlərə minnətdarıq! Şəhid oğlunuzun əziz ruhu qarşısında baş əyirik! Ehtiramımız əbədidir!
Ruhu şad olsun”!