image-defaultbackend

“Qərb Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq istəyir” –  Lavrov

image-reklam_sirab_01

“Qərbin nümayəndələri Kiyevə açıq şəkildə deyirlər ki, Rusiya ilə razılığa gəlmək hələ tezdir, münaqişə ilə bağlı danışıqlara güc mövqeyindən, Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaqla başlamaq lazımdır”- Vətəninfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Cənab  Borel, NATO-nun baş katibi  Stoltenberq, Amerika administrasiyasının və ya Avropa İttifaqının nümayəndələri vasitəsilə mütəmadi olaraq bəyanatlar verən Qərb tərəfdaşlarımızdan heç kim soruşmur ki, danışıqlara başlamaq üçün hələ tezdir. Bu vəziyyətdə daha çox qazanmaq və güc mövqeyindən danışıqlara başlamaq lazımdır. Və açıq şəkildə deyirlər ki, Rusiya 1991-ci il sərhədlərinə qaytarılmalıdır”, – Lavrov  keçirilən mətbuat konfransında bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki