image-bez-nazvaniya-4backend

Qərb Rusiyanı necə tələyə salır? – Rusiya Mərkəzi Bankının dondurulmuş ehtiyatları müsadirə edilir

image-reklam_sirab_01
Rusiya – Ukrayna savaşı uzandıqca Qərb Rusiyaya qarşı sankisyalarını daha da sərtləşdirir. Rəsmi Kreml bu sankisyaların Rusiya təsir etmədiyini desə də, böyük şəhərlərdə sosial-iqrisadi vəziyyətin xaos həddində olduğu göz önündədir. Artıq sadə rusiyalılar bu müharibənin Rusiya iqtisadiyyatını çökdürdüyünün fərqindədirlər. Qərb Rusiyaya daha hansı sankisya tətbiq edə bilər?

Vətəninfo.az politoloq Yeganə Hacıyevanın fikirlərini öyrənib.

Politoloq hesab edir ki, Qərb Rusiyanı tələyə salmağı bacarıb.
“Rusiyanın Ukraynadakı dağıntılara görə təzminat ödəmək təşəbbüslərini gözləmədən Qərb maliyyə mərkəzlərindəki Rusiya Mərkəzi Bankının dondurulmuş ehtiyatlarını müsadirə etməyi düşünürlər. Son aylar bir neçə dəfə istər ABŞ, istər Nato, istərsə də Avropa Birliyi rəsmilərinin təxminən “Ukraynadakı müharibə bizə baha başa gəlir” , “Ukraynanın Qərb tərəfdaşları yorulub” kimi səslənən mesajları bu qəbildəndir. Rusiyanın təcavüzkar müharibəsi ən çox Ukraynanın özünə baha başa gəlir. Hələ avqust ayında , müharibənin ilk beş ayı üçün Dünya Bankı hesablamışdı ki, Ukraynada iqtisadi axınlar və istehsaldakı fasilələr, habelə müharibə ilə bağlı əlavə xərclər ümumi olaraq təxminən 252 milyard dollar itki ilə ölçülür. Aradan , Rusiyanın Ukraynada həyati vacib istehsal və mülki ehtihacları ödəyən infrastrukturlara daha aqressiv zərbələr endirdiyi əlavə beş ay keçib. İndi Qərb təşkilatları Rusiya Mərkəzi Bankının ehtiyatlarını müsadirə etməyin vaxtı çatması haqqında açıq danışırlar.”- politoloq qeyd edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki