Qətərin Ras-Laffan sənaye zonasında yerləşən qaz emalı zavodunda baş verən partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.
Bu barədə Qətər Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Ras-Laffan sənaye rayonundakı zavodlardan birində baş vermiş qəza nəticəsində xəsarət alanların sayı 54 nəfərdir. Daxili Təhlükəsizlik Qüvvələrinin “Ləxviyə” axtarış-xilasetmə qrupu və mülki müdafiə əməkdaşları 18 itkin düşmüş şəxsin axtarışını davam etdirir”, – deyə məlumatda bildirilir.
***
Qətərin Ras Laffan şəhərindəki zavodda partlayış baş verib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, hadisə nəticəsində heç kim xəsarət almayıb. Təhlükəli maddə sızması aşkar edilməyib.


























