Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzi bəzi qeyri-pedaqoji ixtisaslara malik şəxslərin də müəllimlərin işə qəbulu üzrə (MİQ) builki müsabiqədə iştirak edə biləcəyini bildirib.
İnsan Resursları Mərkəzindən Vətəninfo.az-a bildirilib ki, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən, MİQ imtahanlarına buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.
Siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb ediləcəklər.
Xatırladaq ki, 2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə 15 mayda başlayacaq.
Müsabiqə üzrə qeydiyyat prosesi 15 may saat 11:00-dan 22 may saat 11:00-dək aparılacaq.
Aşağıda hansı qeyri-pedaqoji ixtisaslara malik şəxslərin MİQ imtahanlarına buraxılacağı barədə siyahını təqdim edirik: