image-1backend

Qəzzada girovlarla bağlı danışıqlar İsrail üzündən dayanıb

image-reklam_sirab_01

Qəzza zolağında qalan HƏMAS girovlarının azad edilməsi ilə bağlı danışıqlar İsrailin daimi atəşkəsə razılıq verməməsi səbəbindən dayanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadən yazır.

Danışıqlara vasitəçilik edən Qətərin son təklifi Qəzzada bir ay davam edən atəşkəsdən ibarət idi, bu müddət ərzində Həmas İsrailin fələstinli məhbusları tədricən azad etməsi müqabilində qalan girovları azad edəcək. İsrailin Qəzzada qocalar, əsgərlər və ehtiyatda olan hərbçilər də daxil olmaqla 136 girovu var. Onlardan ən azı 27-nin öldüyü güman edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki