image-1backend

Qəzzada  jurnalist qətliamı:   98 jurnalist həlak olub

image-reklam_sirab_01

Qəzza zolağındakı hökumət İsrail ordusunun 7 oktyabrdan bəri Qəzzada həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayının 98-ə yüksəldiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, məsələ ilə bağlı Qəzza hökumətinin Media Ofisindən açıqlama verilib.

Açıqlamada Ala Əbu Muammer adlı jurnalistin İsrailin hücumunda həyatını itirdiyi, bununla da oktyabrın 7-dən bu yana öldürülən jurnalistlərin sayının 98-ə yüksəldiyi vurğulanıb.

Açıqlamada Əbu Muammerin harada və necə öldüyü barədə məlumat paylaşılmayıb.

Media Ofisindən daha əvvəl verilən açıqlamada İsrailin Qəzzada jurnalistləri “Fələstinlə bağlı yaydıqları məlumatlara mane olmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü” bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki